Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Prezident seçkilərində səs verib.
Hafta.az xəbər verir ki, nazir 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.