Çinin əhalisi son 60 ildə ilk dəfədir azalır və dünyanın bu ən qələbəlik ölkəsi 1961-ci ildən bu yana ilk dəfə əhalinin azalma prosesinə daxil olub. 2022-ci ilin sonunda Çində 1,41175 milyard insan yaşayıb. Hansı ki, bu say 2021-ci ildə 1,41260 milyard nəfər olub. Ümumi saydakı bu azalmanın uzun müddət davam edəcək əhali əriməsinin başlanğıcı olduğu düşünülür.
Hafta.az-ın T24-ə istinadən yazdığına görə, bu barədə məlumatı Çin Milli Statistika Bürosu açıqlayıb. Ümumçin Xalq Nümayəndələri Konqresinin Kənd Təsərrüfatı və Kənd Məsələləri Komitəsinin sədr müavini Cai Fang, Çin əhalisinin 2022-ci ildə gözləniləndən daha tez pik həddinə çatdığını bildirib. "Əhali və iqtisadi ekspertlər 2022-ci ilə və ya ən geci 2023-cü ilədək ölkəmizin əhalisinin azalma dövrünə girəcəyini proqnozlaşdırırdılar", - deyib Fang.
“The Guardian” yazır ki, Çin hökuməti yaxınlaşan əhali böhranının qarşısını almaq üçün bir neçə ildir ki, insanları uşaq sahibi olmağa inandırmağa çalışır. Yeni siyasətlərlə uşaq sahibi olmanın maddi və sosial yükü azaldılmaya çalışılıb, vergi endirimləri ilə insanlar uşaq sahibi olmağa təşviq edilib.
2022-ci ildə Çində doğum səviyyəsi hər min nəfərə 6,77 doğum təşkil edib. Bu rəqəm 2022-ci ildə mində 7,52 olub. Çində 2022-ci ildə 2021-ci ilə nisbətən bir milyon az doğum qeydə alınıb.
Çində 1976-cı ildən bəri ən yüksək ölüm nisbəti 2022-ci ildə görülüb. Bildirilib ki, son bir ildə ölkədə ölüm nisbəti mində 7,37 olub.