Çin qazaxlarından bəhs edən film mayın 30-da ekranlara çıxacaq

10:40 21.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxların Çindəki köçəri həyatından bəhs edən “Omir Ağısında” (Həyat Axarında) filmi Qazaxıstanda nümayiş etdiriləcək.

Hafta.az-ın Kino.kz saytına istinadən yazdığına görə, filmin nümayişi mayın 30-da başlayacaq.

Daha əvvəl bildirilmişdi ki, “Little Monster Entertainment” media şirkətinin dəstəyi ilə “Omir Ağısında” filminin Avropada xüsusi yayımına start verilib.

Qeyd edək ki, “Omir Ağızında” filmi ilk dəfə 2018-ci ildə və növbəti dəfə 2019-cu il aprelin 12-də Çində nümayiş etdirilib. Film, “Ən yaxşı operator işi”, “Ən yaxşı istehsal”, “Ən yaxşı aktyor” və “Kənd mövzusunda ən yaxşı film” nominasiyalarında qalib olub.

Film Çin qazaxlarının nəsildən-nəslə ötürülən köçəri həyatından bəhs edir, onların son 40 ildə həyatlarında baş verən dəyişiklikləri real məlumatlar və süjet üsulu ilə təsvir edir.

Filmdə dörd fəslin dəyişməsi göstərilir, çobanların sevinc və kədəri kino dili ilə açılır, mənzərəli təbiət tamaşaçılara təqdim edilir.

“Omir Ağısında” filmində demək olar ki, bütün əsas və əlavə rolları qazax aktyorlar ifa ediblər.

Dörd il davam edən çəkilişdə 10 minə yaxın etnik qazax iştirak edib və 300 minə yaxın heyvandan istifadə edilib.

Oxunma sayı 266