DİN aksiya ilə bağlı məlumat yayıb

18:07 14.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi Bakıda bir qrup şəxsin aksiya keçirməsi ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bu gün bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib.

"Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb", - E.Hacıyev bildirib.

Oxunma sayı 40