Daha 362 hektar ərazi minadan təmizlənib

12:51 06.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan hafta.az-a verilən məlumata görə, yanvarın 30-dan fevalın 4 -dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 7 tank əleyhinə mina və 168 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Həftə ərzində 362 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Oxunma sayı 77