Daha bir məşhur koronavirusdan öldü

15:31 20.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Xalq artisti Valeriy Qarkalin 67 yaşında dünyasını dəyişib.

Hafta.az rus mediasına istinadən xəbər verir ki, oktyabrın əvvəlindən xəstəxanada olan aktyor koronavirusa yoluxub.

Son günlər süni nəfəs aparatına bağlanan Valeriyin səhhəti daha da pisləşib. Onun ölümünə səbəb ürəyindəki xroniki problem olub. Oktyabrın 23-də aktyor sünii komaya salınıb. Noyabrın 8-də əməliyyat olunan Qarkalini xilas etmək mümkün olmaylb.

Qeyd edək ki, V. Qarkalin 1954-cü il aprelin 11-də Moskvada anadan olub. Moskva Akademik Satira Teatrı, A.S. Puşkin adına Moskva Dram Teatrının aktyoru olub. O, həmçinin 70-dən çox film və serialda çəkilib. 2002-ci ildən Rusiya Dövlət Teatr Sənəti İnstitutunda dərs deyirdi. 

Oxunma sayı 109