Yazını böyüt
Yazını kiçilt
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, 25 yaşlı Arzu Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, hadisə toy məclislərinin birində qeydə alınıb. DİN-in Gəncə regional qrupundan bildirilib ki, hadisə polis əməkdaşları tərəfindən araşdırılır. Təqsirli şəxsin müəyyən olunub istintaqa təhvil verilməsi üçün tədbirlər görülüb. Cinayətin qəsd, yaxud ehtiyatsızlıqdan baş verməsi istintaq predmetidir. Polisin keçirdiyi tədbirlər nəticəsində A.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Daşkəsən rayon sakini 25 yaşlı Sənan Bağırovsaxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.