Yazını böyüt
Yazını kiçilt
“Bir neçə gündən sonra ulu öndər Heydər Əliyevin 101-ci il dönümü qeyd ediləcək. Heydər Əliyev deyəndə müasir Azərbaycan dövlətinin qurucusu göz önünə gəlir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Musa Qasımlı bildirib.
Deputat ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin qəbul olunmasında atdığı addımları, dövlətin gələcək strategiyasının müəyyənləşdirməsində gördüyü işlərə diqqət çəkib.
“Bundan sonra min illər keçəcək, Azərbaycanı müstəqil, qüdrətli görmək istəyənlər daim Heydər Əliyev irsinə müraciət edəcəklər”.