Dənizkənari kururtda çimərlik geyimində gəzənlər CƏRİMƏLƏNƏCƏK

11:23 30.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransanın qərbində yerləşən bir kurort şəhəri çimərlikdən kənarda yarıçılpaq və ya çimərlik paltarında gəzənləri cərimələyəcəyini açıqlayıb.

Hafta.az-ın yazdığına Les Sables d'Olonne meri Yannick Moreau facebook səhifəsində "yarıçılpaq" gəzənlərin 150 avroya qədər cərimələnəcəyini bildirib.

49 yaşlı siyasətçi bu “nalayiq davranışı” pisləyib və yerli polisi qaydaya əməl etməyə çağırıb: “Bu, öz şəhərlərində yarıçılpaq gəzməyən yerlilərə hörmət məsələsidir. Bu, həm də bazarlarımızda, mağazalarımızda və küçələrimizdə əsas gigiyena qaydalarıdır. Les Sables d'Olonne-də döşlərinizi və ya ən yaxşı çimərlik geyiminizi nümayiş etdirmək istəyirsinizsə, 11 kilometr uzunluğundakı çimərliyimiz xidmətinizdədir”.

“Les Sables d'Olonnedə hörmət tətilə getmir” şüarı ilə poster yerləşdirən Moreau sosial media platformasında müsbət şərhlər alıb.

Sakin Dominik Kamio-Martial, "Sağ olun, mer, bu qəbuledilməzdir" deyib, Kleyr Qurluen isə deyib: "Valideynlərim dükanda işləyir, bəzən insanlardan geyinməyi xahiş edirlər".

Digərləri bu qaydanı əsasən tənqid edərək, şəhərdə cinayətlə mübarizəyə daha çox diqqət yetirilməli olduğunu iddia ediblər.

Oxşar addımlar Fransanın başqa yerlərində də atılıb. Keçən il okean sahilindəki məşhur Arkazon kurortunda üstü açıq insanların 150 avro cərimələnəcəyi açıqlanmışdı. Ölkənin cənubundakı La Qrande-Motte-də də, gəzinti yeri və ya çimərlikdən kənarda üstü açıq gəzənlərin 2023-cü ildə eyni məbləğdə cərimələnəcəyi bildirilib.

“The Times” qəzeti məsələ ilə bağlı yazıb ki, son on ildə Fransada 20-yə yaxın kurort burkini geyinməyi qadağan etməyə cəhd göstərib, lakin bu qərarlar məhkəmələr tərəfindən ləğv edilib.