Yazını böyüt
Yazını kiçilt
“Yeniyetmələri sosial şəbəkələrin zərərli təsirlərindən qorumaq üçün qanuna ehtiyac var. Bu məqsədlə müvafiq qanunun qəbul edilməsi vacibdir”.
Hafta.az xəbər verir ki, bu fikirlər Milli Məclisin bugünkü iclasında deputat Aydın Mirzəzadə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanun layihəsinin ikinci oxunuşu zamanı səsləndirilib.
Deputat Aydın Mirzəzadə “İdrak” liseyində baş vermiş hadisəni xatırladaraq bildirib ki, bu istiqamətdə qanunvericilik səviyyəsində tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır.
O, eyni zamanda qeyd edib ki, qanun layihəsinə başqa millətlərə və mədəniyyətlərə hörmət məsələsinin də əlavə olunması məqsədəuyğun olardı.