Diana ilə bağlı film tənqid olundu

23:56 28.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərhum şahzadə Diana haqda çəkilən "Spencer" adlı filmin ilk treyleri yayımlanıb.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, ekran işində Diana obrazını aktrisa Kristian Stüart canlandırıb. Filim təqdimatının sentyabrda olması planlaşdırılır.

Ekran işində şahzadəni oynamaq üçün Kristianın seçilməsi isə tənqid olunub. Bunu Diananın xatirəsinə təhqir kimi qiymətləndirənlər az olmayıb.

Hətta çoxları bu filmin "Oskar" alamayacağını da iddia edib. "Bu seçimi heç vaxt başa düşməyəcəm. Biabırçılıqdır. O, bu obrazın öhdəsindən gələ bilməz. Filmə baxmaqdan imtina edirəm" deyə, tanıtım çarxına şərhlər yazılıb.

Oxunma sayı 186