Döyüşmək Silvestr Stalloneyə baha başa gəldi

11:10 21.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hollivud ulduzu Silvestr Stallone “The Expendables” serialının çəkilişləri zamanı belindən zədə aldıqdan sonra 7 ağır əməliyyat keçirdiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, 77 yaşlı aktyor ailəsi ilə gündəlik həyatından bəhs edən realiti-şousu "The Family Stallone"un yeni mövsümünün promosyonunda güləşçi və aktyor Stiv Ostinlə döyüş səhnəsini çəkərkən boynunu zədələdiyini deyib.

"Mən axmaq şeylər etdim" deyən aktyor başına gələnləri danışıb: "Mən "The Expendables" filmini çəkirdim. Axmaq kimi 10-cu çəkilişi edirdim, nə olursa-olsun, zərbəni xatırlayıram".

“Rokki” və “Rembo” serialının ulduzu sözlərini belə davam etdirib: "Stiv bilirdi. "The Expendables 1"dən sonra heç vaxt sağala bilməyəcəkdim. O filmdən sonra fiziki olaraq heç vaxt əvvəlki kimi olmadım. İnsanlara xəbərdarlıq etdim, təhlükəli səhnələrdə özünüzü sınamayın".

Aktyorun həyat yoldaşı Flavin əlavə edib: "O, heç olmamış kimi davranaraq ağrısını gizlətməyə çalışır. O, insanların belindən çoxlu əməliyyatlar keçirdiyini bilməsini istəmir".

55 yaşlı Cennifer Flavin Stallone əlavə edib: "Sli hər dəfə əməliyyat olunanda bu, ailəmiz üçün çox qorxulu olur, çünki bilmək olmur... Heç kim bilmir".

İtalyan əsilli amerikalı aktyorun qızlarından Skarlet atasının keçirdiyi əməliyyatdan belə danışıb: "Atamın növbəti ağrılı əməliyyat keçirməsini görmək həqiqətən çətindir. Onsuz da bütün uşaqlığım ağrılar içində keçib".

Çəkiliş meydançasında baş verən uğursuzluq səbəbindən Stallone boynuna metal lövhə taxmalı olub. Aktyor həm də onurğanın birləşməsi və çiyin çıxığından müalicə olunub.

17 may 2023-cü ildə premyerası olan “The Family Stallone” realiti-şousu cəmi bir həftə sonra ikinci mövsüm üçün təsdiq almağı bacarıb.

Oxunma sayı 245