“Dune 2”nin rejissoru baş rolun oyunçusunu niyə gizlədib?

09:25 29.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Dune 2" filminin rejissoru Denis Villeneuve filmin komandası ilə Anya Taylor-Coyun Alia Atreydes rolunu niyə gizli saxladığını izah edib.

Hafta.az-ın yazdığına görə, elmi-fantastika üçün həyəcanlı gözləmə demək olar ki, bitib, “Dune 2” martın ilk cümə günü kinoteatrlarda nümayiş etdiriləcək.

Bu yaxınlarda aktyor heyətində olacağı açıqlanan Anya Taylor-Coydan başqa, filmdə baş rollarda Timoti Xalamet, Zendaya, Xristofer Ualken, Austin Butler, Florense Puz, Dav Bautista, Coş Brolin və Xavyer Bardem yer alıb.

“Hollywood Reporter”ə danışan Villeneuve 27 yaşlı Taylor-Joyun “Dune 2” filmində çəkildiyini elan etmək üçün niyə gözlədiyini ətraflı izah edib.

Villeneuve və çəkiliş qrupu Hollivudun "qeybət" təbiətinə görə Taylor-Coyun rolunu gizli saxlamaq istəyirdilər. Kanadalı rejissor bu davranışını “filmin pərəstişkarları üçün saxlamaq istədiyi hədiyyəyə” bənzədib.

“Məncə Hollivud dünyanın ən dedi-qodulu şəhəridir” deyən 56 yaşlı rejissor əlavə edib: “Təcrübə olaraq bu sirri nə qədər saxlaya biləcəyimizi görmək istədim”. Buna nail olduqlarını vurğulayan Villeneuve, "Xüsusi bir komanda idi, Anya ilə Afrikaya super məxfilik şəraitində çəkiliş etmək üçün getdik. Tamaşaçılar üçün bir sürprizi sona qədər saxlamaq fikri çox xoşuma gəldi. Bu, azarkeşlər üçün saxlamaq istədiyim hədiyyə kimi idi”.

Taylor-Joy “Dune 2”  filmində Xalametin canlandırdığı Paulun bacısı Alia Atreydes rolunu oynayır. Alia Frank Herbertin romanlarının görkəmli personajı olsa da, onun filmdə rol alıb-almayacağı bəlli deyildi. Bəzi xəbərlər kitablardakı Alianın obrazının filmə uyğunlaşdırılacağına işarə etsə də, onu kimin canlandıracağı bildirilməyib.

Villeneuve əvvəllər “Arrival” və “Blade Runner 2049” kimi filmlərin rejissoru olub.

Oxunma sayı 202