Dünya mətbəxində xüsusi yer tutan desertlər bütün ölkələrdə böyük əhəmiyyət kəsb edir. Dadlı və mədəniyyət baxımından fərqli desertlər üzərində aparılan araşdırmaların nəticələrinə görə şirniyyatı ən çox sevən ölkələr müəyyən edilib.
Hafta.az-ın yazdığına görə, irlandlar, türklər və ruslar ən çox şirniyyat yeyilən ölkələr sırasındadır. Eləcə də, Macarıstan və Serbiyada insanlar müntəzəm olaraq şirniyyat və şokolad istehlak edir.
Araşdırmaya əsasən, siyahıda ən az şirniyyat yeyilən ölkə Cənubi Koreya olub.
Ümumiyyətlə, ən çox şirniyyat yeyilən ölkələrin siyahısında ilk onluq aşağıdakı kimidir: 1. Rusiya, 2. İrlandiya, 3. Türkiyə, 4. Almaniya, 5. Belçika, 6. İngiltərə, 7. İtaliya, 8. ABŞ, 9. Fransa, 10. Yaponiya.
Dünyanın ikinci ən qələbəlik ölkəsi olan Çin isə siyahıda 11-ci sırada yer alıb.