Dünya şöhrətli rok qrupu “Oasis” dağıldıqdan illər sonra yenidən bir araya gələ bilər.
Hafta.az-ın “The Sun”a istinadən yazdığına görə, 1991-ci ildə İngiltərənin Mançester şəhərində qurulan “Oasis” 1994-cü ildə çıxardıqları “Definitely Maybe” debüt albomu ilə böyük uğur qazandı. Reputasiyasını Britaniyadan kənara çıxaran və ikinci albomu “Morning Glory” ilə dünyanı bürüyən qrup 2009-cu ildə çoxsaylı hit mahnı və konsertlərdən sonra yollarını ayırdı.
Parisdəki Rock en Seine festivalının kulislərində Noel və Liam Gallagher arasında baş verən böyük mübahisə “Oasis”in sonunu gətirdi.
Gallagher qardaşları arasındakı düşmənçilik “Oazis” dağıldıqdan sonra da davam etdi və ikisi açıq şəkildə bir-birlərinə bir neçə təhqiramiz ifadələr söylədilər.
“The Sun”un iddiasına görə, Noel və Liam Gallagher güclü azarkeşləri olduqları "Mançester Siti"nin stadionunda yenidən bir araya gələ bilərlər. “The Sun”un hesabatına görə, qrupun 2025-ci ildə yenidən birləşə biləcəyi ilə bağlı söz-söhbətlər var və məkan seçimləri arasında stadion diqqəti çəkir.
Qəzetə danışan mənbə deyib: “Liam futbolu sevir və qrupun sevimli stadionunda yenidən birləşməsi gerçəkləşən bir xəyal olardı. Hələ tezdir və təklif olunan tarixlər uzaqdır, lakin bütün üzvlər bunu etməyə razılaşarsa, musiqi tarixi yazılacaq”.
İddia qrupun solisti Liam Gallagher pərəstişkarlarına "Mançester Siti" Çempionlar Liqasını qazanacağı təqdirdə qardaşı Noellə “Oasis”də yenidən bir araya gələcəyini söylədikdən sonra ortaya çıxıb. Lakin Noel Gallagher qardaşının həqiqətən də “Oasis”in yenidən birləşməsini istəmədiyini israr edərkən onu "boşluqda" ittihamlayıb.