3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar əlilliyi olan şəxslər arasında şahmat turniri təşkil edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin dəstəyi ilə təşkil olunan tədbir əlilliyi olan şəxslərin bu idman növünə marağını artırmaq, bütövlükdə, həmin kateqoriyadan olan şəxslərin idman yarışlarında iştirakını təşviq etməkdir.
ƏƏSMN-dan hafta.az-a verilən məlumata görə, yarışda Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi və Gözdən Əlilliyi olan Şəxslərin Cəmiyyətinin Dama və Şahmat Federasiyasından ümumilikdə 16 nəfər iştirak edib. Onlardan 3-ü turnirin qalibi olub.
Qaliblərə fəxri fərmanlar və pul mükafatı, digər iştirakçılara isə simvolik mükafatlar təqdim edilib.