Elton Con twitterdən getdi

17:54 11.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Britaniyalı müğənni-bəstəkar Elton Con twitterin “dezinformasiyanı qadağan etməyən” siyasətinə görə sosial şəbəkədən istifadəni dayandıracağını açıqlayıb.

Hafta.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə yazıb:

"Dünyamızı parçalamaq üçün dezinformasiyadan necə istifadə edildiyini görmək məni kədərləndirdi. Dezinformasiyanın maneəsiz yayılmasına imkan verən son siyasət dəyişikliklərini nəzərə alaraq twitterdən daha istifadə etməmək qərarına gəldim".