2024-cü ilə qədər bütün dünyada genişzolaqlı internet sürəti Sinqapurdan Birləşmiş Ərəb Əmirliklərinə qədər müxtəlif bölgələrdə əhəmiyyətli artımlar göstərir.
Hafta.az-ın “SpeedTest”in məlumatlarına istinadən yazdığına görə, hazırda interneti ən güclü olan əksər ölkələr eşidənləri çaşdırır. Çünki bu siyahıda nə ABŞ, nə Almaniya kimi Qərb ölkələri, nə də Yaponiya var.
Beləliklə, ən güclü genişzolaqlı internetə malik ölkələrin ilk onluğunu təqdim edirik:
1. Sinqapurda 336,45 Mbp/s, 2. Birləşmiş Ərəb Əmirliklərində 310,05 Mbp/s, 3. Honq-Konqda 305,71 Mbp/s, 4. Fransada 287,44 Mbp/s, 5. İslandiyada 281,95 Mbp/s, 6. Çilidə 276,77 Mbp/s, 7. ABŞ-da 174,16 Mbp/s, 8. Danimarkada 247,6226 Mbp/s, 9. İspaniyada 245,58 Mbp/s. Müqayisə üçün qeyd edək ki, siyahıda 101-ci olan qardaş ölkə Türkiyədə bu rəqəm cəmi 49,11 Mbp/s-dır.