Noyabrın 9-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə naharda iştirak edib. Bu barədə Ermənistanın "Qraparak" nəşri yazıb.
Nəşrin yazdığına görə, Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə onunla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyanın tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.
Bundan başqa, Makronu xüsusilə təəccübləndirib ki, Paşinyan nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb.
Makron deyib: "Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?". O, həmçinin Fransanın necə davranmalı olduğu ilə maraqlanıb. "Qraparak" isə yazır ki,"bu məsələlər erməni icması ilə yox, dövlət diplomatiyası yolu ilə həll edilməli idi".
Fransa prezidentinin Dağlıq Qarabağ münaqişəsinin qaynar fazası zamanı Azərbacan əleyhinə çağırışları, Minsk Qrupunun həmsədri kimi bitərəflilik prinsipini qorumaması artıq Parisə qarşı ciddi etirazlara səbəb olmuşdu. Azərbaycan ictimaiyyəti açıq şəkildə ermənipərəsət mövqe ortaya qoyan bir ölkənin ədalətli vasitçilik missiyasını yerinə yetirə bilməyəcəyini bəyan edərək Fransanın Minsk Qrupunun həmsədrliyindək kənarlaşdırılması tələbi ilə çıxış etdi.
44 günlük müharibədən sonra belə, Fransa Milli Assambleyası tərəfindən artıq tarixin qaranlıq səhifələrinə gömülmüş Dağlıq Qarabağdakı separatçı rejimin tanınmasına dair qəbul etdiyi qətnamələr sözügedən məsələdə ortaya qoyulmuş sülh təşəbbüslərinə də ciddi zəbə vurulması kimi qiymətləndirildi. Fransanın bu addımları onun Minsk Qrupundakı əsas tərəfdaşı olan Rusiyanın siyasi dairələri tərəfindən də etirazla qarşılandı. Bu gün bölgədə baş verənlər əslində Fransanın Ermənistandakı ermənilərdən daha çox, bu ölkədə yaşayan erməni lobbisinin marağını və dəstəyini özünə qazanmaq niyyəti güddüyünü açıq şəkildə ortaya qoyur.
Özünü azad demokratik dyərlərin əsas daşıyıcısı adlandıran bir ölkənin Dağlıq Qarabağda baş verənləri real formada təqdim edəək həqiqətləri söyləyən bir jurnalistə hansı təzyiqləri göstərdiyi də unudulmayıb. Mətbuata qarşı erməni lobbisi trəfindən ölüm təhdidləri isə bu ölkənin hüquq mühafizə orqanları tərəfindən qulaqardına vuruldu.
Makronun Dağlıq Qarabağ ərazisindəki erməniləşdirilən qədim alban kilsələri ilə bağlı "dini abidələrin mühafizəsinin vacibliyi" adı altında çağırışlarının ardından bu ölkədə İslam dünyasında ciddi etirazlara səbəb olan məlum olayların yaşanması Fransa iqtidarının dini dəyərlərə hörmətinin hansı səviyyədə olduğunu da aşkar şəkildə göstərdi.
Fransanın məlum mövqeyinə isə ən tutarlı cavabı Azərbaycan Prezidenti İlham Əliyev verdi. Dövlət başçısı həmsədrləri qəbul edərkən onları Bakıya dəvət etmədiyini söyləyərək artıq Minsk Qrupunun Bakı üçün əhəmiyyətsiz bir qurum olduğunun mesajını verdi.
Makronun son addımları isə bir daha göstərir ki, o, hələ də səriştəsizliyi üzündən bölgədə aldğğı ağır siyasi məğlubiyətin təsiri altındadır və nə edəcəyini, hansı mövqeni ortaya qoyacağını bilmir. Artıq qatar çoxdan gedib. Ona çatmaq üçün isə yeni, ədalətli mövqeyə əsaslanan siyasi yanaşma ortaya qoyulmalıdır. Lakin Makron hakimiyyəti dönəmində Fransanın Cənubi Qafqazdakı maraqlarına endirilən ağır zərbələrin təsirlərinin hələ uzun müddət bərpa edilməyəcəyi aydındır.