Yazını böyüt
Yazını kiçilt
"Müqəddəs Ramazan ayının gəlişi münasibətilə Fələstin Dövlətinin səfiri Dr. Ahmed Metani və Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin əməkdaşları Fələstin xalqına, dost Azərbaycan xalqına, Azərbaycandakı və dünyanın hər yerindəki
müsəlmanlara ən səmimi təbriklərini və ən xoş arzularını çatdırır".
Hafta.az yazır ki, bu sözlər səfirliyin yaydığı Ramazan təbrikində yer alıb.
Xəbərdə deyilir: "Uca Tanrıdan bu mübarək ayın sizə, xalqlarımıza və millətimizə xeyirxahlıq, firavanlıq və bərəkətli etməsini və bu ayı həmrəylik, qarşılıqlı dəstək və insan qardaşlığı dəyərlərinin yeniləndiyi mərhəmət, bağışlanma və əmin-amanlıq ayı etməsini dua edir və arzulayırıq.
Ramazan ayınız mübarək, hər iliniz xeyirli olsun".