Yazını böyüt
Yazını kiçilt
Aktyor Fərda Xudaverdiyevin Mingəçevir və Gəncədə baş tutması planlaşdırılan konsertləri növbəti dəfə təxirə düşüb.
Hafta.az xəbər verir ki, aktyor bu barədə sosial şəbəkədə paylaşım edib. O, üzrlü səbəblərdən konsertinin keçirilməyəcəyini bildirib.
"Söz verirəm ki, tarixlər bəlli olduqdan sonra may ayında sizin qarşınızda olacağam. Əldə etdiyiniz biletləri geri qaytarın. Anlayışınız üçün minnətdaram".
Qeyd edək ki, bundan əvvəl Fərdanın fevralda Mingəçevirdə və Gəncədə keçirilməsi planlaşdırılan konserti Türkiyədəki zəlzələ ilə əlaqədar təxirə salınmışdı.