Fövqəladə Hallar Nazirliyində yeni rəis təyinatı

21:15 19.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.
 
Hafta.az "Teleqraf"a istinadən xəbər verir ki, 25 iyun 2024-cü il tarixindən etibarən hissə rəisi vəzifəsini müvəqqəti icra edən daxili xidmət polkovnik-leytenantı Elgün Vahid oğlu Əhmədov 29 dekabr 2025-ci il tarixdən rəsmi olaraq İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə təyin olunub.