Yazını böyüt
Yazını kiçilt
Fransa özünün "Leclerc" əsas döyüş tanklarını Ukraynaya köçürməyi düşünür, lakin hələlik heç bir qərar verilməyib.
"Politico" qəzeti Fransa rəsmiləri arasında anonim mənbəyə istinadən xəbər verir.
“Məsələ mürəkkəbdir və Parisdə hələ ki, həll yolu yoxdur. Amma biz bu barədə düşünürük”, - nəşrin mənbəsi bildirib.
O, həmçinin qeyd edib ki, bu mövzu Fransa və Almaniya Nazirlər Şurasının bazar günü, yanvarın 22-də keçiriləcək birgə iclasında müzakirə olunacaq.