Gələn həftə 3 gün ardıcıl İŞ OLMAYACAQ

17:48 18.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gələn həftənin cümə günü Azərbaycanda 26 iyun – Silahlı Qüvvələr Günü qeyd olunacaq.

Hafta.az xəbər verir ki, sözügedən tarix qeyri-iş günü sayılan bayram günü hesab olunur.

Bundan əlavə, 27 və 28 iyun tarixləri şənbə-bazar günlərinə təsadüf edir. Beləliklə, növbəti həftə beş günlük iş həftəsində çalışanlar üçün üç gün ardıcıl iş olmayacaq. /bizimmedia/