Geomaqnit qasırğası olacaq

17:05 17.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 18-də maqnit qasırğası olacaq.

Hafta.az xəbər verir ki, bu barədə Rusiyanın Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi saytında dərc olunan məlumatda deyilir.

Qurumun ehtimalına görə, fevralın 18-ə geomagnit narahatlıq ehtimalı 40%, maqnit qasırğası ehtimalı isə 17% təşkil edir.

Alimlərin hesablamalarına görə, geomaqnit aktivliyin ən yüksək həddi Bakı vaxtı ilə 07:00 – 13.00 radələrinə təsadüf edəcək.

Peyk rabitəsində və elektrik xəttlərinin işində pozuntular yarana bilər.