Göyçayda avtomobil qəzasında sürücü ölüb

13:11 17.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Göyçay rayonunun Dövranlı kəndi ərazisində qeydə alınıb.

VAZ-2199 markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb. Nəticədə sürücü, 61 yaşlı Habil Talıbov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.