Göygöldə ər və arvadı maşın vurub

09:13 19.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöldə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hafta.az-ın xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1950-ci il təvəllüdlü N.Mirzəyevi və onun həyat yoldaşını vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.apa