İlon Maskın təsis etdiyi və neyroimplantların yaradılması üzrə ixtisaslaşmış “Neuralink” şirkəti 2026-cı ildə tamamilə kor olmuş pasiyentlərin görmə qabiliyyətini bərpa etmək üçün ilk əməliyyat keçirməyi planlaşdırır.
Hafta.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilir ki, İlon Mask Kanadada ilk əməliyyatın keçirilməsi barədə xəbərləri şərh edərkən gələn il tamamilə kor insanın görmə qabiliyyətini qismən bərpa etmək niyyətində olduqlarını vurğulayıb.
“Bloomberg” agentliyi daha əvvəl bildirmişdi ki, şirkət 2031-ci ilə qədər hər il 20 minə qədər xəstəyə neyroimplantların quraşdırılmasını nəzərdə tutur. Şirkət gələcəkdə çiplərin ən azı üç versiyasını təklif etmək niyyətindədir. Belə ki, “Neuralink” gözdən əlillərin görmə qabiliyyətini bərpa etmək üçün nəzərdə tutulan “Blindsight”, Parkinson xəstəliyi də daxil olmaqla neyrodegenerativ xəstəliklərin simptomlarını azaltmaq üçün cihaz, həmçinin düşüncə gücü ilə kompüterləri və digər cihazları idarə etməyə imkan verən telepatiya sistemini təqdim edəcək.