Günel Tatlısesin verilişinə 26 minlik paltar geyindi - FOTO

15:16 21.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova ( Azəri qızı) növbəti dəfə bahalı geyimi ilə gündəm olub.

Hafta.az olay-a istinadən xəbər verir ki, İbrahim Tatlısesin "İbo show" verilişinə qonaq olan Günelin paltarı çox bəyənilib. Əksəriyyət geyimin brendi və qiyməti ilə maraqlanıb.

Sözügedən paltarla bağlı məlumat "Kim_hardan_geyinir" instaqram səhifəsində yer alıb. Bildirilib ki, Günelin ağ libası "Sagaza" brendindəndir, qiyməti 26 min türk lirəsi, yəni 3260 manatdır.