Gürcüstanda II Dünya Müharibəsi veteranlarına 2 min lari veriləcək

11:30 08.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan hökumətinin sərəncamıyla, faşizm üzərində qələbənin 79-cu ildönümü ilə əlaqədar II Dünya Müharibəsinin iştirakçıları sosial yardım şəklində birdəfəlik 2 min lari, II Dünya Müharibəsində həlak olanların ailə üzvləri isə 1000 lari alacaqlar.

Hafta.az-ın yazdığına görə, Tbilisi Munisipaliteti istisna olmaqla, Gürcüstanın bütün ərazisində sosial yardım şəklində birdəfəlik pul ödəməsinin həyata keçirilməsini Veteranların İşləri üzrə Dövlət Xidmətinin təqdim etdiyi siyahı əsasında Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkün Düşənlərlə İş, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin nəzarətində olan Sosial Xidmət Agentliyi təmin edəcək.

Hökumətin sərəncamıyla, Tbilisidə qeydiyyatda olan II Dünya Müharibəsi iştirakçılarına və müharibədə həlak olanların ailə üzvlərinə pul yardımının göstərilməsi məqsədilə Tbilisi Munisipalitetinin Meriyasından müvafiq vəsaitin ayrılması xahiş edilib.

Baş nazir İrakli Kobaxidze sərəncamı artıq imzalayıb.