Hacıqabulda iki yük maşını toqquşub, ölən var

16:25 12.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var.

Hafta.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Qaras və Padar kəndlərindən keçən hissəsində baş verib.

 
"AzəriMed" QSC-yə məxsus “İsuzu” markalı avtomobil arxadan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə “İsuzu”-nun sürücüsü Bakı sakini, 1994-cü il təvəllüdlü Sadıqov Sadıq Vasif oğlu hadisə yerində ölüb. Sərnişin Goranboy sakini, 1987-ci il təvəllüdlü Asanov Aslan Mikayıl oğlu Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. apa