Hadisə yarım milyona yaxın təzminat ödəyəcək

18:23 17.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyəli müğənni Hadisə 10 ildir davam edən məhkəmədə məğlub olub.

 

 

Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, markalardan birinin paltarlarını tanıtmaq üçün müqavilə imzalayan sənətçi həmin ərəfədə bacısının dizayn etdiyi başqa brendin məhsullarını geyindiyi üçün məhkəməlik olmuşdu.

Müqavilə şərtlərini pozduğu üçün təqsirli hesab olunan Hadisə 250 min avro (təxminən 460 min manat) təzminatı 2012-ci ildən başlayan faiziylə birgə ödəyəcək.

Oxunma sayı 134