Haluk Levent Türkiyədən gedəcək

15:55 29.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyəli müğənni Haluk Levent Türkiyəni tərk edəcəyini açıqlayıb.

Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi xaricdə yaşayacağını bildirib: "Gələn il oktyabrın 26-da işlərimi başqa dostlara həvalə edib, xaricə köçəcəyəm. "Ahbap" dərnəyində üzvlüyüm davam edəcək. Orada da 6 ilimi tamamlamış olacağam. Artıq musiqi ilə məşğul olmaq və özümə vaxt ayırmaq istəyirəm. Yəni, il yarım da dözəcəksiniz mənə".

Qeyd edək ki, H.Levent "Ahbap" dərnəyinin sahibidir.

Oxunma sayı 244