“Harri Potter”in rejissoru illər sonra etiraf etdi

22:46 28.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Harri Potter və fəlsəfə daşı”nın rejissoru Kris Kolambus illər sonra film haqqında etiraflar edib.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, Kris ilk dəfə belə bir ekran işinin rejissorluğunu etdiyinə görə ona kənardan böyük təzyiq edildiyini deyib.

Rejissor filmin çəkilişləri yaxşı alınmasaydı hərşey məhv olacağını bildirib:
“19 il əvvəl bu filmi çəkəndə hərşey yaxşı idi. Lakin ilk ekran işim olduğu üçün çox narahatlıq keçirirdim. İlk iki həftə hər gün qovulacağımı düşündüm. Ən kiçik səhvim qovulmağıma səbəb olacaqdı. Lakin bunlara baxmayaraq, bütün diqqətimi topladım və işimin öhdəsindən lazımınca gəldim”.

Oxunma sayı 4131