Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın Montana ştatındakı Kalispell hava limanında təyyarə qəzaya uğrayıb.
Hafta.az xəbər verir ki, bu barədə "NBC Montana" məlumat yayıb. Qeyd olunub ki, təyyarə hava limanında eniş edərkən alovlanıb, daha sonra uçuş-eniş zolağındakı hərəkətsiz təyyarəyə çırpılıb.
Məlumata görə, yanan təyyarədə dörd sərnişin olub, hadisə nəticəsində ciddi xəsarət alanların olmadığı deyilir.
Hadisə yerinə xilasedicilər, həmçinin polis və yanğınsöndürənlər cəlb ediliblər.