“Heç vaxt Oskar mərasiminə qatılmayacağam” - Kevin Hart

10:20 15.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Komediya ustası Kevin Hart deyir ki, o, heç vaxt “Oskar” və ya hər hansı digər mükafat mərasiminə aparıcılıq etməyəcək.

Hafta.az-ın yazdığına görə, 44 yaşlı Hart 2019-cu il Oskar mərasiminə ev sahibliyi etmək üçün təşkilatçılarla razılığa gəlmişdi. Daha sonra komediyaçının keçmiş homofob tvitləri və stand-up şoularında etdiyi şərhlər üzə çıxıb.

Mübahisələrdən sonra Hart Oskar mərasiminin aparıcılığından vaz keçdiyini açıqlayıb. Həmin il Oskar mərasimi 1989-cu ildən bəri ilk dəfə aparıcısız keçirilib və bu seçim 2020-ci ildə də təkrarlanıb. Builki Oskar mərasiminin aparıcısı Cimmi Kimmel olacaq.

Hart “Qızıl Qlobus”un aparıcısı Co Koya səslənərək “şou-biznesin ən çətin işini” üzərinə götürdüyünü deyən 52 yaşlı komediyaçını təbrik edib.

İndi onun standup üçün iyirmi dəqiqəlik yeni materialı var!

Hart “SkyNews”a mükafat verilişlərində komediyaçılara necə münasibət göstərildiyi barədə danışıb. Komediyaçı mükafatlandırma mərasimlərinin "artıq komediyaya uyğun mühit olmadığını" iddia edərək, "O otaqlar çox soyuqdur" deyib.

“Nə qədər ümidiniz varsa, onu dərhal məhv etmək istəyirəm. O işlər komediyaçılar üçün yaxşı deyil. Bizim Oskar, Qızıl Qlobus və ya başqa bir şeydə iştirak şansımız yoxdur. Bunlar artıq komediyaya uyğun mühitlər deyil”, - o, əlavə edib.

2010-cu ildə bir verilişdə Kevin Hart, "Mənim ən böyük qorxularımdan biri oğlumun böyüyüb gey olmasıdır. Mən homofob deyiləm. Homoseksuallara qarşı da deyiləm. Xoşbəxt olun, istədiyinizi edin. Amma heteroseksual olaraq. Oğlumun gey olmasının qarşısını ala bilsəm, edərəm” deyib.