Həmkarlar Konfedarasiyasından “YAŞAT” Fonduna 100 minlik ianə

17:49 21.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası  Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid olanların ailələrinin təminatına yardım məqsədilə Naxçıvan Muxtar Respublikasına 100 min manat vəsait köçürüb.


Bununla bağlı AHİK-in İcraiyyə Komitəsinin qərarına əsasən Vətən müharibəsi dövründə həlak olmuş əsgər və zabitlərin Naxçıvan Muxtar Respublikasında yaşayan ailələrinə, qazilərə və zərər çəkmiş dinc sakinlərin sosial problemlərinin həlli ilə bağlı “YAŞAT” Fonduna 100 min manat köçürülüb.