“Hicran” tamaşası HD formatında

13:28 01.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Televiziyası sevilən “Hicran” tamaşasını keyfiyyətli formada yayımlayacaq.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, SD formatında olan 82 dəqiqəlik tamaşa Türkiyədə HD formatına salınıb.

TRT-də aparılan işlər zamanı tamaşanın görüntü və səs restavrasiyası edilib.

Tamaşa restavrasiya olunduqdan sonra görüntü keyfiyyəti 4 dəfə artıb. Mütəxəssislər “Hicran” tamaşası üzərində 15 gün iş aparıblar.

Qeyd edək ki, QSC lazımi avadanlıq tam istifadəyə verildikdən sonra arxivindəki materialların restavrasiyası işlərinə başlayacaq.

Tamaşanın SD və HD formatında kiçik parçalarını müqayisəli formada aşağıdakı videoda izləyə bilərsiniz.

VİDEO: https://www.youtube.com/watch?v=1gEFPfxDua8&feature=youtu.be

Oxunma sayı 224