Hindistan və Misir iki ölkənin tarixində xüsusi təyinatlıların da iştirak edəcəyi ilk birgə təlimləri keçirmək niyyətindədirlər. ANI xəbər agentliyinin məlumatına görə, bu barədə Misirin Hindistandakı səfiri Vael Hamed məlumat verib.
Səfirin sözlərinə görə, manevrlər Racastan ştatının ərazisində Udaypur, Caypur və Codhpur şəhərlərində keçiriləcək.
“Biz ilk dəfə Udaypur, Caypur və Codhpurda Misir və Hindistanın xüsusi təyinatlıları ilə birgə hərbi təlimlər keçirəcəyik. Biz müdafiə sahəsində əməkdaşlığımızı təkcə Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin birgə təlimlərinə deyil, həm də xüsusi təyinatlı qüvvələrə qədər genişləndiririk "deyib.
Hindistan və Misirin birgə hərbi dəniz təlimləri 5 sentyabr 2021-ci ildə Aralıq dənizində keçirilib. Bunlara dənizdə gəmilərin tutulması əməliyyatları, iki ölkənin gəmiləri arasında helikopterlərdən istifadə etməklə yüklərin daşınması, eləcə də texnikanın bərpası üzrə təlimlər daxildir.