Hindistanın Uttar Pradeş ştatında 500 illik tarixi məscid “yol genişləndirilməsi” layihəsi çərçivəsində sökülüb.
Hafta.az-ın tribune.com.pk-ya istinadən yazdığına görə, UNESCO Beynəlxalq Su Əməkdaşlığının keçmiş rəhbəri Aşok Svain rəsmi Twitter hesabında məscidin buldozerlərlə dağıdılmasını əks etdirən video paylaşıb.
Videonu jurnalist və anti-islam fəalı CJ Werleman da paylaşaraq, məscidin yolun genişləndirilməsi bəhanəsi ilə söküldüyünü bildirib.

Dağıdılan məscidin Suri sülaləsinin banisi və ilk hökmdarı Şir şahın dövründə (1545) tikildiyi və ən azı 5 əsr yaşı olduğu bildirilir.
Bu arada, İnsan Haqları Uğrunda Xalq Birliyinin hesabatına görə, Hindistanın yalnız Qucarat ştatında 500-ə yaxın məscid və ziyarətgah əsassız yerə dağıdılıb.
Hindistan və Pakistandakı dini yerləri tədqiq edən hindistanlı tədqiqatçı Surinder Xoçarın məlumatına görə, Pəncab əyalətinin Amritsar şəhərində də 650 məscid dağıdılıb.