Hollandiya F-16 qırıcılarını Ukraynaya təhvil verə bilər

15:20 20.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hollandiya F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi məsələsini nəzərdən keçirməyə hazırdır. Lakin bunun üçün Kiyev qeyd olunan avadanlıqların ötürülməsi üçün sorğu göndərməlidir.

NL Times portalının məlumatına görə, bu açıqlama ilə Niderlandın xarici işlər naziri Vopke Hoekstra çıxış edib. O, bunu parlamentdə müzakirələr zamanı deyib.

"Niderlandın Nazirlər Kabineti Ukrayna hökuməti xahiş edərsə, F-16 qırıcılarının Ukraynaya verilməsi imkanını nəzərdən keçirəcək", - XİN rəhbəri bildirib. Hoekstra əlavə edib ki, belə bir sorğu ölkənin Nazirlər Kabinetində “açıq” müzakirə olunacaq.