Hövsanda bina YANDI

12:55 11.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yaşayış binasında mənzildə yanğın baş verib.

FHN-nin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi MİDA 1 Yaşayış Kompleksində baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.