Hülya Avşar bələdiyyə sədri olmağa hazır deyil

12:00 18.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ali Hikmət Paşa İdman Kompleksi Balıkesir Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilən mərasimlə istifadəyə verilib.

Hafta.az-ın yazdığına görə, açılış mərasimindən sonra tennis kortunu gəzən Balıkesir Böyükşəhər Bələdiyyə Başçısı Yücel Yılmaz, burada tədbirə qatılmış məşhur aktrisa Hülya Avşarla ilk dəfə tennis oynayıb.

Hülya Avşar bələdiyyə sədrinə, "Tenis oynamayan biri üçün uğurlu atışlar etdiniz. Kortlar çox sağlam görünür. Balıkəsirdə möhtəşəm bir imkan yaradılıb" deyib.

Ayvalık Bələdiyyə Başçılığına namizədliyi üçün adının hallandığı bildirildikdə, Avşar namizədliyə hazır olmadığını deyib. "Bələdiyyə sədri olsaydım, sahildə restoranlar tikərdim. İdman meydançaları tikər, hər yerə vətəndaşları baxım və təmizlik məsələləri ilə bağlı xəbərdar edən bannerlər asardım", - deyib Hülya Avşar.