I sinif üzrə boş qalan yerlərə qəbul başlayır

09:38 05.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır.

Hafta.az xəbər verir ki, 5 iyun 2026-cı il saat 11:00-dan uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Artıq Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Qeyd edək ki, üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.