İbrahim Tatlısəs yol qəzasına düşüb - FOTO

12:41 25.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəs yol qəzasına düşüb.

Hafta.az NTV-yə istinadən xəbər verir ki, hadisə səhər saatlarında, Bodrumda baş verib.

Belə ki, içərisində İbrahim Tatlısəsin və qızının olduğu mikroavtobus yük avtomobili ilə toqquşub. Toqquşmadan sonra avtomobillər yolun kənarına yuvarlanıb. Sənətçi və qızı avtomobildən xilas edilərək xəstəxanaya çatdırılıb.

Müxtəlif xəsarətlər alan Tatlısəsin həyati təhlükəsi olmadığı bildirilir.

Oxunma sayı 247