Yazını böyüt
Yazını kiçilt
Masallıda ikimərtəbəli ev əşyaları ilə birgə yanıb.
Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Şıxlar kəndində ümumi sahəsi 192 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.