İmtahan nəticələri elan olundu

15:00 13.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

12 may 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi kağız daşıyıcılar vasitəsilə BB vəzifə qrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanını keçirib.

DİM-dən hafta.az-a verilən məlumata görə, namizədlər imtahan nəticələri ilə buradantanış ola bilərlər.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 202 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 16, BB2 altqrupu üzrə 41, BB3 altqrupu üzrə 50, BB4 altqrupu üzrə 36 nəfər olmaqla, ümumilikdə 143 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.