İran Səfirliyi Xocalı faciəsi ilə bağlı Azərbaycana başsağlığı verib

14:38 26.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Azərbaycandakı Səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar bir daha dost və qardaş Azərbaycan xalqına başsağlığı verir.

Hafta.az-ın məlumatına görə, bu, İranın Azərbaycandakı Səfirliyinin “Facebook” səhifəsindəki paylaşmında öz əksini tapıb.

İran səfirliyi Xocalı faciəsinin qurbanlarının yaxınlarının dərdinə şərik olduğunu bildirib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Oxunma sayı 144
Gündəm rubrikasından digər xəbərlər