İranda güclü zəlzələ olub

12:17 18.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Simnan əyalətinin Əmiriyə bölgəsində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 4:46-da meydana gələn zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik zəlzələ nəticəsində hər hansı xəsarət və ya dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, iyulun 15-də də sözügedən bölgədə 4.7 bal gücündə zəlzələ olub.