İraq Xarici İşlər Nazirliyinin binasına terror hücumundan 16 İL ÖTÜR

11:20 19.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraq Xarici İşlər Nazirliyi binasının 2009-cu ildə terror nəticəsində partladılmasından 16 il ötür.

Hafta.az-ın yazdığına görə, İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynin himayəsi altında bu gün anım mərasimi keçirib.

Xatırladaq ki, sözügedən partlayış zamanı nazirliyin 45 əməkdaşı həlak olmuş, onlarla şəxs müxtəlif yaralanmışdı.

Mərasimdə nazirliyin əməkdaşları, idarə rəhbərləri və terror nəticəsində həlak olmuş bir çox əməkdaşın ailələri iştirak ediblər.

Anım mərasimində çıxış edən nazir Fuad Hüseyn deyib ki, Xarici İşlər Nazirliyinin əməkdaşları İraqın suverenliyinin, birliyinin və ləyaqətinin müdafiəsində çox böyük fədakarlıqlar göstərib, kadrları arasında ən yaxşı diplomat və idarəçilər şəhid olub, onlarla şəxs yaralanıb, amma bütün bunlar nazirliyi qətiyyən ruhdan salmayıb, əksinə terrorizmin qarşısında vətənpərvərlik simvoluna çevirib.

Nazir əlavə edib ki, bu ağrılı faciənin anılması kədərlənməklə bitmir, şəhidlərin öz qiymətli qanları ilə bağladıqları əhdin yenilənməsini, İraqa və iraqlılara xidməti, onun gücləndirilməsini təcəssüm etdirir.

Nazir həmçinin 2003-cü il aprelin 19-da Bağdadda BMT binasını hədəf alan terror bombardmanını xatırladıb.